Sizin üçün çalışan bakteriyalar
							 
							
Bağırsaqlardakı əksər qidalar yoğun bağırsağa 
								gələnə qədər sorulur. Lakin bəzi xüsusi 
								qidaların sorulması yoğun bağırsaqda həyata 
								keçir. Onların arasında ən maraqlılarından biri 
								də K vitaminidir.
								K vitamini qanın laxtalanma mexanizmində 
								funksiya daşıyan, çatışmazlıq olduğu zaman 
								insanın ölümünə səbəb ola biləcək nəticələri 
								ortaya çıxaran olduqca mühüm vitamindir. Lakin K 
								vitamini təbiətdə insan orqanizminin ehtiyac 
								duyduğu şəkildə mövcud olmur. İnsan orqanizmi bu 
								vitamini özünün istifadə edə biləcəyi vəziyyətə 
								gətirməli, yəni müəyyən mənada "seçib ayırmalı, 
								çeşidləməlidir".
								
								Lakin insan metabolizması belə bir çeşidləmə 
								prosesini də həyata keçirə bilməz. Bəs insanlar 
								K vitamini çatışmazlığına görə niyə ölmürlər? Bu 
								vitamini insanın istifadə edə biləcəyi vəziyyətə 
								gətirən, onu çeşidləyib ayıran mexanizm nədir?
								Bu sualın cavabı insanların şüurunu donduran bir 
								həqiqəti ortaya çıxarır. Bağırsaqlarda olan 
								xüsusi bakteriyalar K vitaminini bəzi proseslər 
								serialından keçirir, seçib ayırır və insanın 
								istifadə edə biləcəyi vəziyyətə gətirirlər. Bu 
								bakteriyalar tərəfindən ayrılan K vitamini yoğun 
								bağırsaqdan sorularaq qana qarışır.
								
								İnsan orqanizmində K vitaminini ayıran 
								bakteriyaların olması insanı düşündürən mühüm və 
								incə bir məqamdır. Bakteriyaların öz lazımi 
								yerlərində olması, çeşidləmə prosesini yerinə 
								yetirən genetik şifrəyə malik olması olduqca 
								mühüm bir hadisədir. İnsanın öz həyatını davam 
								etdirə bilməsi üçün varlığından xəbərsiz olduğu, 
								hətta adını da eşitmədiyi bu kiçik bakteriyaya 
								möhtac olması isə bu hadisənin başqa bir 
								tərəfidir. Heç bir təsadüf bu bakteriyanı 
								meydana gətirə, üstəlik bunu insanın 
								bağırsaqlarına yerləşdirə, bu bakteriyanın 
								genetik şifrəsini insan üçün faydalı olan 
								prosesləri yerinə yetirəcək vəziyyətə gətirə 
								bilməz.
								
								Bunlar olduqca heyrətamiz və mühüm bilgilərdir. 
								Şübhəsiz ki, bütün bu məlumatlar bizi hər şeyi 
								planlaşdırıb nizamlayan bir yaradanın varlığının 
								dərkinə doğru aparır. Bu yaradıcı isə Uca 
								Allahdır. Allah hər şeyi ən xırda incəliyinə və 
								təfərrüatına qədər planlaşdırıb. Yer üzündəki 
								bütün canlılar kimi insanlar da Allaha 
								möhtacdırlar, yalnız Onun diləməsi ilə 
								yaradılıblar və Onun diləməsi ilə də həyatlarını 
								davam etdirə bilirlər. Allahın isə heç nəyə 
								ehtiyacı yoxdur. Bir ayədə belə buyrulur: