İnsan möcüzəsi
Necə hərəkət edirik?

Hərəkət etməyimizi təmin edən əzələ sistemimiz sümüklərin quruluş və funksiyalarını, eyni şəkildə sümüklər də əzələlərimizi bir-birini çox yaxşı tanıyırmışlar kimi dillərini bilirlər. Oturmaq istədiyimiz zaman dizin oynaq yerindən bükülməsi ilə birlikdə ayaq əzələləri də hərəkət edərək bükülür. Biz də bunun sayəsində heç bir çətinlik çəkmədən oturub-qalxırıq. Əzələ sümüyü elə bir uyğunluqla əhatə edir ki, əzələnin bükülə bilməsi üçün lazım olan hər bir şərt ən uyğun şəkildə hazırlanır. Nə əzələ sümükdən ayrılır, nə də sümük əzələni zədələyir. Bir-birindən tamamilə fərqlənən bu iki toxuma, iki ayrı kompleks sistem bir-biri ilə ideal bir işbirliyi və harmoniya içində fəaliyyət göstərir.
Bəs bu işbirliyi və harmoniya necə yaranıb? İnsan orqanizminin az sonra müfəssəl şəkildə qeyd edəcəyimiz qüsursuz sistemləri necə ortaya çıxıb?
Məlumdur ki, bir insan bütün həyati əhəmiyyətli funksiyalarını yerinə yetirə bilmək üçün ilk öncə vahid şəkildə mövcud olmalı, yəni bir anda ortaya çıxmalıdır. Buna görə də orqanizm sistemləri müəyyən zaman ərzində inkişaf edən təsadüflərlə öz-özünə ortaya çıxa bilməz. Həmçinin o da ay-dındır ki, əzələ və ya sümük kimi toxumalar xəbərdar olma, bilmə, ehtimal etmə, qarşılıqla fəaliyyət göstərmə, işbirliyinə getmə kimi xüsusiyyətlərə malik ola bilməzlər. Bu da bizi yeganə bir nəticəyə, yəni insanın bir Yaradıcı tərəfindən yaradılması həqiqətinə doğru aparır. Bu Yaradan isə hər şeydən xəbərdar olan, hər canlının ehtiyaclarını incəliyinə qədər bilən Uca və Qadir Allahdır. İnsanların sümüklərini yaradan da, onları əzələlərlə örtərək bu iki sistemin birlikdə ahəngdar fəaliyyət göstərməsini, yeriməyimizi təmin edən də Allahdır. Allah hər cür yaratmanı bilir. Şübhəsiz ki, Allah yaratdığı hər şeyi qüsursuz yaradandır: