Qanın yaranması və mədə
							 
							
Mədə mukozasının digər xüsusiyyəti də onun 
								qanyaranma prosesində iştirak etməsidir. Mədə 
								mukozası qan hasil etmir. Lakin qan yaradan 
								sümük iliyinə əsaslı kömək edir. Orqanizm üçün 
								böyük əhəmiyyətə malik olan B-12 vitaminini 
								sümük iliyinə çatdırır. B-12 vitamininin sümük 
								iliyinə çatana kimi keçdiyi yol və mədə 
								mukozasının bu yoldakı rolu tədqiq ediləndə 
								mikroskopik səviyyədə həya-ta keçən böyük bir 
							  möcüzə ilə qarşılaşırıq.
								B-12 vitamini insan orqanizminə daxil olduqdan 
								sonra həzm sistemi boyunca hərəkət edir. Bundan 
								sonra nazik bağırsaqdan qan dövranına keçərək 
								qana qarışır və sümük iliyi hüceyrələrinə çatır.
								
								B-12 vitamini nazik bağırsaqda mənimsənilir. 
								Lakin nazik bağırsaqda olan həzm hüceyrəsi B-12 
								vitaminini tuta bilmir. Nazik bağırsağın kiçik 
								bir hissəsində vəzifəsi yalnız B-12 vitaminini 
								tutmaq olan xüsusi hüceyrə qrupu var.32 Bu 
								hüceyrə qrupu möcüzəvi şəkildə bütün həyatını 
								yalnız B-12 vitaminini tutmağa həsr edir. Bu 
								hüceyrələr trilyonlarla molekul arasından B-12 
								vitaminini müəyyən edir və tutur.
								Məhz bu yerdə baş verən möcüzəni görə bilmək 
								üçün düşünmək lazımdır. B-12 vitaminini tutan 
								hüceyrələr bu vitaminin insan orqanizmi üçün nə 
								qədər əhəmiyyətli olduğunu bilirlər. Onlar 
								xüsusi olaraq nazik bağırsağın müəyyən bir 
								hissəsində bu funksiya üçün yerləşdiriliblər. 
								Həyatlarını B-12 vitaminini tutmağa həsr etsələr 
								də bu vitamin onların işlərinə yaramır. 
								Tutduqları vitamini qan dövra-nına buraxaraq onu 
								özlərinə naməlum qalan yerə göndərirlər.
								
								Bu hüceyrələrin B-12 vitaminini tutduqları zaman 
								göstərdiyi şüur əlbəttə ki, heç bir təsadüflə 
								izah edilə bilməz. Aydın olduğu kimi, bu sistem 
								xüsusi şəkildə yaradılıb. Bu sistemi bir az da 
								dərindən tədqiq edəndə daha böyük möcüzələrlə 
								qarşılaşırıq.
								Nazik bağırsaqdakı hüceyrələr yalın vəziyyətdə 
								olan B-12 vitaminini tanıya bilməzlər. B-12 
								vitamininin bu hüceyrələr tərəfindən tanına və 
								tutula bilməsi üçün onun xüsusi bir molekulla 
								işarələnməsi lazımdır. Əlbəttə ki, bu ehtiyac da 
								əvvəlcədən düşünülüb və B-12 vitamininin nazik 
								bağırsağa çatmadan işarələnməsini təmin edən 
								sistem də qurulub.
								B-12 vitamini hələ mədədə olanda mədə 
								hüceyrələri B-12 vitamini üçün xüsusi bir 
								molekul hazırlayırlar. Bu molekul B-12 
								vitamininin səfərinin qarşıdakı mərhələlərində 
								ehtiyac duyacağı "şəxsiyyət vəsiqəsi"dir. Bu 
								şəxsiyyət vəsiqəsi B-12 vitamininə möhkəm 
								yapışır və B-12 vitamini nazik bağırsağa doğru 
								səfərini davam etdirir.
								
								Az öncə də qeyd etdiyimiz kimi, nazik bağırsaqda 
								yalnız B-12 vitaminini tapmaq vəzifəsini yerinə 
								yetirən sinir məmurları (xüsusiləşmiş hüceyrə 
								qrupu) B-12 hüceyrəsinin qan dövranına 
								keçmə-sini təmin edəcəklər. Lakin bu məmurlar 
								yalın halda olan B-12 vitaminini tanımırlar. 
								Məhz bu mərhələdə B-12 vitamininin köməyinə 
								əlindəki şəxsiyyət vəsiqəsi gəlir. Sinir 
								məmurları bu vəsiqə sayəsin-də trilyonlarla 
								molekul arasından B-12 vitaminini tanıyır və 
								tapırlar. Bundan sonra yenə də bu şəxsiyyət 
								vəsiqəsinin köməyi sayəsində B-12 vitamininin 
								qan dövranına keçməsini təmin edirlər. 
								Belə-liklə, B-12 qan vasitəsilə sümük iliyinə 
								çata bilir.
								Göründüyü kimi, mədə hüceyrələri B-12 
								vitamininin orqanizm üçün əhəmiyyətini bilirlər. 
								Həmçinin bağırsaq hüceyrələrinin B-12 vitaminini 
								tanımaq üçün necə bir işarəyə ehtiyacının 
								olduğunu da bilir və bu işarə molekulunu xüsusi 
								şəkildə yaradırlar. Gözləri, əlləri və ya beyni 
								olmayan bağırsaq hüceyrələri də bu işarəni 
								tanıyır və B-12 vitaminini tuturlar.
								
								Yaddan çıxarılmaması lazım olan başqa mühüm bir 
								məqam da budur ki, bütün bu hadisələr 
								nəticəsində mənimsənən B-12 vitamini nə mədə 
								hüceyrəsinin, nə də bağırsaq hüceyrəsinin işinə 
								yaramır. B-12 vitaminindən çox uzaqlarda - sümük 
								iliyində istifadə edilir. Bu vitamin sayəsində 
								insan or-qanizmində qan yaranır və insanın 
								həyatı davam edir.
								Yalnız bu vitaminin səfəri və hətta bu səfərdə 
								olan təfsilatlar da insan orqanizmində qurulmuş 
								sistemin qüsursuzluğunun dərk edilməsi üçün 
								kifayətdir.
								
								Şübhəsiz ki, bu proseslər zamanı nümayiş 
								etdirilən şüur və qüsursuz fəaliyyət haqqında 
								bəhs edilən hüceyrələrin öz iradəsi ilə baş 
								vermir. Nəticədə hüceyrə dediyimiz şeylər 
								şüursuz atomların birləşməsi ilə meydana gələn 
								varlıqlardır. Hüceyrə içində şüur, iradə və ya 
								bir qüvvə axtarmaq olduqca mənasız iş olardı. 
								Burada mədə hüceyrələrini də, qan yaradan 
								mexanizmləri də yaradan eyni bir Yaradıcı, yəni 
								Allahdır. Onların Allah tərəfindən yaradılması 
								və yalnız Onun ilhamı ilə öz funksiyalarını 
								yerinə yetirməsi açıq-aşkar bir həqiqətdir: